Azərbaycan parlamenti buraxılır

Bu barədə Azərbaycan KİV-ləri xəbər verir...

1314123
Azərbaycan parlamenti buraxılır

 

  YAP Siyasi Şurası parlamentin buraxılmasına dair qərar qəbul edib.

  Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının 28 noyabrda keçirilən iclasında parlamentin buraxılması ilə bağlı qərar qəbul edilib. Bu barədə Azərbaycan KİV-ləri xəbər verir.

  Partiyadan “İnterfaks-Azərbaycan” agentliyinə Siyasi Şuranın iclasının keçirilməsi barədə məlumatı təsdiq ediblər. Saat 15:00-da YAP-ın icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək və iclasda qəbul edilən qərarlar barədə elan edəcək”, - deyə məlumatda bildirilir.

  Qeyd edək ki, Azərbaycan Milli Məclisində 125 deputat təmsil olunur. YAP parlamentdə əksəriyyət təşkil edir.

  Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabr ayında keçirilməli idi.



Әlaqәli Xәbәrlәr