Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı

Noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə III Çay, Çəltik, Sitrus Festivalı keçirilir. Festival səhər saatlarında şəhərin Heydər Əliyev xatirə parkından başlayıb.

1311318
Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı
Lənkəran III Çay, Çəltik, Sitrus Festivalı_02.jpg
Lənkəran III Çay, Çəltik, Sitrus Festivalı_03.jpg
Lənkəran III Çay, Çəltik, Sitrus Festivalı_01.jpg

 

  Noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə III Çay, Çəltik, Sitrus Festivalı keçirilir. Festival səhər saatlarında şəhərin Heydər Əliyev xatirə parkından başlayıb.

  Azərtac informasiya agentliyinin verdiyi xəbərə görə, Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar”, “Lənkəranın şirnisi - ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılıb.

  Vitrinlərdə isə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilir, yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəsgahı təşkil olunub.

  Festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Apolla” “Campo” və digər düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim edilir.

  Gün boyu bədii özfəaliyyət kollektivləri ədəbi-bədii kompozisiyalarla çıxış edəcək, rəngarəng musiqi nömrələri ifa olunacaq, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar nümayiş etdiriləcək.



Әlaqәli Xәbәrlәr