“Soydaş dostlar qazanmaq bizim üçün nemətdir”, H.Kılıç

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun paytaxtı Komratda V Qaqauziya Beynəlxalq İnvestisiya Forumu keçirildi.

1307577
“Soydaş dostlar qazanmaq bizim üçün nemətdir”, H.Kılıç

 

  Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun paytaxtı Komratda V Qaqauziya Beynəlxalq İnvestisiya Forumu (8-9 noyabr) keçirildi.

  13 ölkədən 400-dən çox adamın iştirak etdiyi forumda Türkiyə tərəfindən, Xarici İqtisadi Əlaqələr Heyəti (DEİK), Avropa Türk İş Adamları Şurası (ATİK) və Ərdahan Ticarət Dərnəyi heyətləri başda olmaqla, 100-dən çox şirkət təmsil olunurdu.

  V Qaqauziya Beynəlxalq İnvestisiya Forumunda Türkiyənin Azərbaycan və Moldovadakı keçmiş səfiri, tanınmış diplomat Hulusi Kılıç da iştirak edirdi.

  Tədbirlə bağlı təəssüratlarını TRT/Azerbaycan saytı ilə paylaşan H.Kılıç sözügedən tədbirlə bağlı dedi:

  “Bir çox ölkənin ticarət təmsilçiləri və iqtisadiyyat mütəxəssislərinin qatıldığı bu forum həm də nəhəng olmasıyla yadda qaldı. Tədbirdə Qaqauziyadakı kənd təssərrüatı sahəsindəki investisiya imkanları da gündəmə gəldi. Çox böyük maraq var idi.”

  Söhbət əsnasında Hulusi Kılıç Moldovada Türkiyənin səfiri olduğunu xatırladaraq bunları qeyd etdi:

  “Ölkələrdə rəsmi səfir vəzifəm başa çatsa da, oradakı soydaşlarla əlaqələri heç zaman kəsmirəm. Moldovada səfir çalışdığım dövrdə Ankaradan Altındağ Bələdiyyəsinin sədrini Moldovaya dəvət etmişdim. Bu, yaxın bir neçə ildə olanlardır. Qaqauz Yeri Muxtar Ərazisində yaşlı adamlar üçün Qocalar Evi tikdik. Komrat şəhərindəki Mədəniyyət Mərkəzi yenidən bərpa edildi, xəstəxana inşa olundu. Tikdiyimiz 100 yerlik uşaq bağçası həm qaqauz, həm də Moldova dillərində fəaliyyət göstərdi. Bu, bölgənin ən müasir uşaq bağçasıdır. Qaqauziyada baş konsulluq açılması, Türkiyə vətəndaşlarının Moldovaya  şəxsiyyət vəsiqələri ilə səyahəti də mənim təşəbbüsümdür.

  Qaqauziyada “Dönər”,  “Quru lobya” günləri də təşkil etdim və Türkiyə Azərbaycan, qaqauz soydaşlarımızla bir araya gəldik. Yarızarafat, yarıgerçək bir deyimimiz vardı: “Dönər bəhanə, dostluq şahanə”.

  Soydaş dostlar qazanmaq bizim üçün nemətdir”.



Әlaqәli Xәbәrlәr