Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası yekunlaşdı

İclasda Azərbaycanla Türkiyə arasında 2020-ci il üçün hərbi fəaliyyət planı imzalandı.

Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası yekunlaşdı

Azərbaycan Müdafiə Nazirliyindən yayılan məlumata görə, bu məsələ noyabrın 5-də Bakıda başlayan və bu gün sona çatan Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclasında müzakirə olunaraq təsdiq edilib

İclasda Azərbaycan ilə Türkyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilib. və müəyyənləşdirilən fəaliyyət planı imzalanıb.

Qeyd edək ki, iclasın Türkiyə tərəfdən həmsədri Baş Qərargahın ikinci rəisi korgeneral Metin Gürak, Azərbaycan tərəfdən isə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev olub. Növbəti iclasın 2020-ci ildə Türkiyədə keçirilməsi mövzusunda mütabiq qalınıb.

 



Әlaqәli Xәbәrlәr