Prezident müavini Fuad Oqtay Şimali Kıbrıs Türk Cümhuriyyətindən gələn gəncləri qəbul etdi

Prezident müavini Fuad Oqtay Kıbrısda (Kipr) hər hansı birinin burnunun qanamasına Türkiyənin əsla icazə verməyəcəyini söylədi.

fuat oktay kktc'li gencler.jpg

Prezident müavini Fuad Oqtay Kıbrısda (Kipr) hər hansı birinin burnunun qanamasına Türkiyənin əsla icazə verməyəcəyini söylədi.

Oqtay Prezident Aparatında Şimali Kıbrıs Türk Cümhuriyyətindən gələn gəncləri qəbulunda etdiyi çıxışda gənclərin Kıbrıs ilə Türkiyə arasında gələcəklə əlaqədar körpülərin salınmasında ciddi  töhfəsinin olacağını bildirdi.

Həm Türkiyə də həm də Şimali Kıbrıs Türk Cümhuriyyətində gənclərin probləmlərinin həlli üçün siyasətdə rol götürmələri və güclü mövqe göstərmələrinin əhəmiyyətli olduğunu vurğulayan Oqtay “Öz gələcəyinizlə əlaqədar söz sahibi olmalısınız” dedi.

Fuad Oqtay Kıbrısda həll yolunda mütləq olması vacib olan şərtlərin iki tərəfin də siyasi bərabərliyi olduğunu söylədi.

Azlıq əsasına görə sülhü təmin etməyin qeyri-mümkün olduğunu vurğulayan Oqtay bölgədəki karbohidrogen ehtiyatlarına işarə edərək, “Madam ki, Adada iki xalq var bu ədalətli paylaşma olmalıdır. Bu rifah Adada yaşayanlarındır və hər iki tərəfə də bərabər bölüşdürülməlidir” dedi.  

Kıbrısda hər adamın da burnunun qanamasına Türkiyənin əsla icazə verməyəcəyini vurğulayan Oqtay “Kim nə edərsə etsin, kim nə söyləyərsə söyləsin, istərsə dünya ayağa dursun. Bizim üçün əhəmiyyəti yoxdur. Türkiyənin güclü olması demək Şimali Kıbrıs Türk Cümhuriyyətinin güclü olması mənasını daşıyır. Sizin özünüzə etimadınız və başınızın dik olması bizim üçün böyük əhəmiyyət daşıyır” ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr