Qazaxıstan "KazAgro və KazFarm 2019" sərgisinə ev sahibliyi edir

"KazAgro və KazFarm 2019" kənd təsərrüfatı və heyvandarlıq sərgisi Qazaxıstanın paytaxtı Nur Sultanda qapılarını  ziyarətə   açdı.

1293102
Qazaxıstan "KazAgro və KazFarm 2019" sərgisinə ev sahibliyi edir

Körme Sərgi Mərkəzində  24 ölkədən 300-dən çox şirkətin   iştirakı  ilə   təşkil olunan yarmarkanın açılış mərasiminə xarici ölkələrin  Qazaxıstandakı  səfirləri   və   personalı  başda  olmaqla   xeyli  dəvətli  qatılıb.  

Qazaxıstan, Türkiyə, Avstriya, Belarus, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, Hindistan, İran, İspaniya, İtaliya, Kanada, Çin, Hollandiya, Rusiya, Slovakiya, Finlandiya, Ukrayna, İsveçrə və Estoniyanın aralarında olduğu 24 ölkədən 300-dən çox şirkətin   qatıldığı     sərgidə  kənd təsərrüfatı və heyvandarlıqda istifadə olunan texnikalar, maşınlar, toxum növləri, kimyəvi maddələr və digər məhsullar nümayiş olunur.   Sərgi  cümə gününə( 25 Oktyabr)  qədər  ziyarətə   açıq olacaq.



Әlaqәli Xәbәrlәr