Qazaxıstan latın əlifbasını dəyişir

Sosial media üzərindən verdiyi açıqlamada Qazaxıstan prezidenti bildirib...

1291743
Qazaxıstan latın əlifbasını dəyişir

 

  Qazaxıstan prezidenti Qasım Comərd Tokayev iki il əvvəl qəbul edilən latın əlifbasındakı nöqsanların aradan qaldırılması üçün tapşırıq verib.

  Sosial media üzərindən verdiyi açıqlamada Tokayev bildirib: “Kirildən latın əlifbasına keçid qərarı iki il əvvəl qəbul olunub. Ancaq əlifbada hələ də çatışmazlıqlar var. Dilçi alimlər əlifbanı yaxşılaşdırmalıdır. Mədəniyyət və idman naziri Aktotı Rayimkulovaya əlaqədar göstərişləri verdim."  

  Qeyd edək ki, Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayev 2017-ci ilin oktyabrında kirildən latın əlifbasına keçidlə bağlı fərman imzalamışdı.  

 Kəsmə işarəsi istifadə edilən əlifba cəmiyyətdə diskussiyalara səbəb olduqda ötən il fevralda Nazarbayev, əlifbanın 32 hərfdən ibarət olan kəsmə işarələrinin çıxardığı əlifbanın yeni buraxılışı ilə yenilənməsi qərara almış, apostroflu latın əlifbası qəbul olunmuşdu.

  Xatırladaq ki, Qazaxıstan 1929-cu ildən 1940-cı ilə qədər latın əlifbasını istifadə etmiş, daha sonra kiril əlifbasına keçilmişdi.

  Yeni latın əlifbasına keçmək qərarı verən Qazaxıstanda dərs kitablarının yeni əlifbayla çap və dil dəyişikliyinə dair bütün rəsmi prosesin 2025-ci ildə başa çatdırılması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr