Əli Əsədov Azərbaycanın baş naziri təyin edildi

Azərbaycanın baş naziri Novruz Məmmədov istefa verdi, yerinə Əli Əsədov gətirildi.

Əli Əsədov Azərbaycanın baş naziri təyin edildi

  Azərbaycanın baş naziri Novruz Məmmədov istefa verdi, yerinə Əli Əsədov gətirildi.

  Oktyabrın 8-də Milli Məclis ölkənin yeni baş nazirini təyin etmək üçün toplandı. Məclis sədri Oqtay Əsədov Baş nazir Novruz Məmmədovun respublika başçısı İlham Əliyevə istefasını təqdim etdiyini bildirərək deyib: “Novruz Məmmədovun istefası qəbul edildi. Dövlət başçısı İlham Əliyev Baş Nazirliyə Prezident Aparatı İqtisadi Məsələlər üzrə prezident köməkçisi Əli Əsədovu təklif edib”.

  Əli Əsədov parlamentdə keçirilən səsvermə ilə Azərbaycanın yeni baş naziri seçilib.

  Baş nazir Ə.Əsədov səsvermədən sonra etdiyi çıxışında ona göstərilən etimada görə təşəkkür edib.

  Əli Əsədov 30 noyabr 1956-cı ildə Naxçıvanda dünyaya gəlib. Moskva Xalq İqtisadiyyatı İnstitutundan 1978-ci ildə məzun olub. Sovetlər dövründə Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif vəzifələrdə işləyib. 1995-ci ildə Milli Məclisə deputat seçilib. 1998-ci ildən Prezident Aparatı İqtisadi Məsələlər üzrə prezident köməkçisi olaraq çalışırdı.



Әlaqәli Xәbәrlәr