Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Avropa nümayəndəliyi Macarıstanda açıldı

Macarıstanın paytaxtı Budapeştdə açılan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Avropa Ofisi, Türk Şurasının Avropa İttifaqı və quruluşları ilə əməkdaşlığının irəli pillələrə qaldırılmasına töhvə verəcəyi nəzərindən müdafiə edilir.

1273447
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Avropa nümayəndəliyi Macarıstanda açıldı

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Avropa nümayəndəliyinin qulurmas münasibətiylə təşkil edilən mərasimdə Türkiyəni Xarici İşlər naziri Mevlüt Çavuşoğlu təmsil etdi. Açılış münasibətiylə Türk Şurası Xarici İşlər Nazirləri Şurasının 10-cu Fövqəladə Yığıncağı keçirildi. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın Xarici İşlər nazirlərinin iştirak etdikləri İclasda yekun bəyannamə yayıldı

Macarıstanda açılışı reallaşdırılan nümayəndəliyin əhəmiyyətinə işarə edilən yekun bildirişdə: "Avropa ofisi Türk Şurasının Macarıstanla əlaqələrini gücləndirməklə yanaşı, Türk Şurasına Avropa İttifaqı və Avropa qurumları ilə əməkdaşlığın irəli pillələrə qalxmasına töhfə verəcək. Məhz TURKSOY, Türkdilli Ölkələrin Parlament Assambleyası, Türk mədəniyyət İrs fondu kimi əlaqədar təşkilatlarla Macarıstanın daha güclü əməkdaşlıq etməsinə zəmin yaradacaq. Həmçinin bildirilib ki, nazirlər 15 oktyabrda Azərbaycanın paytaxtı Bakıda keçiriləcək zirvə ilə bağlı hazırlıqları müzakirə ediblər. Özbəkistanın Türk Şurasında iştirak tələbini yüksək qiymətləndiriblər.

 

 



Әlaqәli Xәbәrlәr