Hicri təqvimi ilə Məhərrəm ayı 1 sentyabrdan başladı

Məhərrəm ayının 1-i miladi təqvimilə 2019-cu il sentyabrın 1-i, Aşura günü isə sentyabrın 10-udur.

1261744
Hicri təqvimi ilə Məhərrəm ayı 1 sentyabrdan başladı

  Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-indən başladı. 

  Azərbaycanda fəzliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura fətvasına görə, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimilə 2019-cu il sentyabrın 1-i, Aşura günü isə sentyabrın 10-udur. 

  Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da sona çatır.

  Aşura günü paytaxt Bakı və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.

  Qeyd edək ki, hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir.



Әlaqәli Xәbәrlәr