Qazaxıstan neft hasilatını 100 milyon tona qaldırır

Qazaxıstanın maliyyǝ naziri Ruslan Dalenov, 2020-ci ildǝ ölkənin neft hasilatının 90 milyon, 2024-cü ildə isə 100 milyon tona qədər artırılacağını bildirib.

1259352
Qazaxıstan neft hasilatını 100 milyon tona qaldırır

Dalenov 2020-2024 dövrünə dair neft hasilatı proqnozları açıqlanan Nazirlər Kabineti yığıncağında gǝlǝn il neft hasilatının 90 milyon tona artırılacağına bu rəqəmin 2024-cü  ildǝ  100 milyon tona qaldırılacağına diqqǝt çǝkǝrǝk: “Ümumi daxili məhsulun (ÜDM) 2020-ci ildə 75 trilyon, 2024-cü ildə isǝ 106 trilyon tenge (275 milyard dollar) yüksəlǝcǝk. 2020-ci ildə Adambaşına ÜDM isǝ 10,5 min dollar, 2024-cü ildə 14,3 min dollar olacaq. 2020-2021-ci illərdə illik inflyasiya hədəfi 4-6 faiz, 2024-cü ildə isə 3-5 faiz olacağı gözlǝnir. Ölkədəki işsizlik səviyyəsi dǝ 2024-cü ildə 4,7 faizə enəcək”-deyǝ nazir vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr