Qazaxıstanda 1 gündə 2 zəlzələ baş verdi
Bu barədə ölkənin seysmoloji təcrübə-metodik mərkəzi məlumat yayıb.
1254073

Qazaxıstanın cənub-şərqində Almatı vilayətində 18 avqust yerli vaxtla saat 09:12-də 4,9 maqnituda gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin seysmoloji təcrübə-metodik mərkəzi məlumat yayıb. Bundan əvvəl isə Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsi həmin regionda, Almatıdan 145 kilometr şimal-şərqdə saat 05:07-də 5,4 bal gücündə zəlzələ olduğunu bildirmişdi.
Jarkent şəhərində yeraltı təkan МSК-64 şkalası üzrə 5, Taldıkurqan və Satı qəsəbəsində isə 2-3 bal gücündə hiss edilib.
Zərərçəkənlər və dağıntı barədə məlumat verilməyib.
Әlaqәli Xәbәrlәr

Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 mart)
Azərbaycanda daha 195 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb.