Azərbaycanın qəzaya uğramış "MiQ-29" təyyarəsinin yeni hissələri tapıldı

Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus "MiQ-29" təyyarəsinə aid yeni hissələr tapılıb.

1253418
Azərbaycanın qəzaya uğramış "MiQ-29" təyyarəsinin yeni hissələri tapıldı

TRT-nin Bakı Təmsilçiliyinin məlumatına görə, Türkiyə Hərbi Dəniz Donanmasının mütəxəssisləri tərəfindən Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus "MiQ-29" təyyarəsinə aid yeni hissələr tapılıb və hava şərtlərinə uyğun olaraq pilotun nəşinin və təyyarənin "qara qutu"sunun axtarışları davam etdirlir.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Təyyarənin pilotu Rəşad Atakişiyev itkin düşüb.



Әlaqәli Xәbәrlәr