Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Akıncı sentyabrda Anastasiadis ilə təkrar görüşəcək

Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncı ilə Kıbrıs Rum İdarəsinin lideri Nikos Anastasiadis sentyabr ayında bir araya gələcək.

1250849
Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Akıncı sentyabrda Anastasiadis  ilə təkrar görüşəcək

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncı ilə Kıbrıs Rum İdarəsinin lideri Nikos Anastasiadis sentyabr ayında bir araya gələcək.

Bu gün Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncı ilə Kıbrıs Rum İdarəsinin lideri Nikos Anastasiadis arasında görüş olub.

3,5 saat davam edən görüşdən sonra verilən açıqlamada liderlərin sentyabr ayında yenidən bir araya gələcəyi bildirilib.

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı 13 iyunda BMT-nin Kıbrıs üzrə Xüsusi Nümayəndəliyi vasitəsilə, Anastasiadisə karbohidrogen mövzusunda birgə komitə qurulması barədə yeni təklif təqdim etmişdi.

Akıncının təklifi karbohidrogen mövzusunun bir gərginlik və toqquşma mövzusu olmaqdan çıxarılıb məhsuldar əməkdaşlığa çevrilməsini əhatə edir.

Təklif iki icmadan bərabər sayda üzvün iştirakı ilə təşkil ediləcək komitənin BMT nəzarətində olmasını, həmçinin Aİ-nin də müşahidəçi kimi yer almasını əhatə edir.

Ortaq komitənin quruluşu, hədəfləri və iş metodlarını müəyyənləşdirən təklifi, həmçinin bir fond yaradılmasını və fondan istifadə ediləcəyi kimi detalları da ehtiva edir.

Bu təklif Kıbrıs Rum İdarəsi siyasi partiya liderləri tərəfindən rədd edilmişdi.

Prezident Akıncı 10 iyulda BMT baş katibinə məktub göndərərək, əhatəli  həll ilə bağlı prosesin aydınlığa çıxmasını təmin edəcək beştərəfli qeyri-rəsmi yığıncağın keçirilməsi üçün Qutarreşi şəxsi olaraq vasitəçi olmağa çağırmışdı.

Kıbrıs Rum icmasının hökumət nümayəndəsi Prodomos Prodromou bunun qarşısında açıqlama verərək, Akıncının məktubda etdiyi qeyri-rəsmi beştərəfli yığıncaq üçün çağırışını məmnuniyyətlə qarşıladıqlarını açıqlamışdı.

Prodromou  Rum lider Anastasiadisin Akıncı ilə görüşə hazır olduğunu da bildirmişdi.  



Әlaqәli Xәbәrlәr