"Əjdaha Yalçın" Özbəkistanda

Özbəkistan Müdafiə Nazirliyindən verilən məlumata görə...

1247378
"Əjdaha Yalçın" Özbəkistanda

  Türkiyənin zirehli personal daşıyıcısı "Əjdaha Yalçın" hərbi maşınları Özbəkistan Silahlı Qüvvələri tərəfindən istifadə edilməyə başlandı.

  Özbəkistan Müdafiə Nazirliyindən verilən məlumata görə, paytaxt Daşkənd yaxınlarındakı Çırçık poliqonunda təşkil olunan mərasimdə Türkiyənin zirehli personal daşıyıcıları hərbi hissəyə təslim edilib. Mərasimdə Özbəkistanın müdafiə naziri Bahadır Qurbanovun hərbi təchizatdan məsul köməkçisi Aybek İsmailov, Özbəkistan Müdafiə Sənayesi Dövlət Komitəsinin baş direktoru Kahraman Ermatov və digər özbək səlahiyyətliləri olub.

  Çıxışçılar çoxfunksiyalı və sürətli hərəkətetmə bacarığı olan “Əjdaha Yalçın” zirehli personal daşıyıcının Özbəkistanın hərbi gücünün daha da artmasına xidmət edəcəyini vurgulayıblar, Türkiyənin istehsalı olan bu hərbi maşından məmnun qaldıqlarını ifadə ediblər.

  Xatırladaq ki, Özbəkistan prezidenti Şevket Mirziyoyevin 2017-ci ilin oktyabrında Türkiyəyə etdiyi səfər zamanı Özbəkistanda “Əjdaha Yalçın” zirehli maşınlarının ortaq istehsalı və alışına dair müqavilə imzalanmışdı.  



Әlaqәli Xәbәrlәr