Qazaxıstanda silah-sursat anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 2-yə çıxıb

Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yərləşən hərbi hissənin silah-sursat anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 2-yə çatıb, yaralı sayının isə 89 olduğu bildirilib.

1224596

Bununla bağlı məlumatı Qazaxıstan Səhiyyə Nazirliyi yayıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xəstənalardakı yaralılara və yaxın qəsəbələrdə qurulan təxliyyə mərkəzlərindəki Arıs kəndi sakinlərinə baş çəkərək vəziyyətləri barədə məlumat alıb.

Xatırladaq ki, Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətinin 44,3 min nəfər əhalisi olan Arıs şəhəri yaxınlığında yerləşən hərbi hissələrin birində dünən səhər saatlarında yanğın baş verib. Bundan sonra silah anbarındakı döyüş sursatları partlamağa başlayıb. Şəhərin bütün əhalisi təxliyə edilib.

Silah anbarında baş verən yanğının səbəbinin araşdırılması üçün komissiya qurularkən, Müdafiə Nazirliyi anbardakı silah-sursatın təqribən yarısının partladığını bildirmişdi.

Әlaqәli Xәbәrlәr