Qazaxıstanda silah-sursat anbarında partlayış oldu

Bu gün səhər saatlarında Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah-sursat anbarında partlayış baş verib.

1224094
Qazaxıstanda silah-sursat anbarında partlayış oldu

Bu gün səhər saatlarında Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah-sursat anbarında partlayış baş verib. 

Partlayışdan sonra çıxan yanğında 11 nəfər yaralanıb.

Baş verən hadisə ilə əlaqədar şəhər əhalisi təxliyə edilib.

Türküstan vilayətinin başçısı Umirzak Şukeyevin başçılığı altında komissiya yaradılıb.

Qeyd edək ki, hərbi hissə yaşayış binalarına yaxın ərazidə yerləşir. Hərbi hissədən yayılan partlayış səsləri sakinlər arasında vahimə yaradıb.



Әlaqәli Xәbәrlәr