Kanadada yaşayan azərbaycanlılar “Azerbaijani Community of Ontario” adlı cəmiyyət yaradıblar

9 İyun 2019-cu il tarixində Torontoda 28 May Respublika gününə həsr edilmiş tədbir keçirilib.

1219376
Kanadada yaşayan azərbaycanlılar “Azerbaijani Community of Ontario” adlı cəmiyyət yaradıblar

trt.net.tr/azerbaycan-a verilən məlumata görə, 450 nəfərdən artıq azərbaycanlının iştirakı ilə baş tutan tədbirdə “Azerbaijani Community of Ontario” adı altında fəaliyyət göstərəcək yeni cəmiyyətin yaradıldığı elan edilib və ictimaiyyətə açıqlanıb.

Cəmiyyətin əsas məqsədi Kanadada yaşayan bütün azərbaycanlıları bir araya yığmaq və mədəni dəyərlərin qorunması, azərbaycanlılarla kanadalılar arasında dostluq əlaqələrinin inkişafı və s. olduğu bildirilib.

Tədbirdə iştirak edən qonaqlar arasında Kanadanın millət vəkilləri Roman Baber və Rachel Wilson da iştirak ediblər. Qonaqlar azərbaycanlıları “Respublika Günü” münasibətilə təbrik edərək yeni yaradılmış cəmiyyətə öz dəstəklərini bildiriblər.



Әlaqәli Xәbәrlәr