Soronbay Ceenbekov Narendra Modi ilә görüşüb

Qırğızıstanın ev sahibliyindә keçirilәn Şanxay Әmәkdaşlıq Tәşkilatı dövlәt başçılarının Sammitinә qatılan Hindistan baş naziri Narendra Modi Bişkekdә rәsmi görüşlәr keçirib.

1218865
Soronbay Ceenbekov Narendra Modi ilә görüşüb

 

Qırğızıstanın ev sahibliyindә keçirilәn Şanxay Әmәkdaşlıq Tәşkilatı dövlәt başçılarının Sammitinә qatılan Hindistan baş naziri Narendra Modi Bişkekdә rәsmi görüşlәr keçirib.

Prezident İqamәtgahında baş tutan rәsmi qarşılama mәrasimindәn sonra Qırğızıstan  prezidenti Soronbay Ceenbekov ilә Hindistan baş naziri Narendra Modi tәkbәtәk görüş keçirib.

Keçirilәn heyәtlәr arası görüşdә çıxış edәn Soronbay Ceenbekov  Qırğızıstan ilә Hindistan arasındakı iqtisadi әlaqәlәri inkişaf etdirmәk istәdiklәrini bildirib. Ceenbekov bildirib ki, Hindistan ilә mәdәni vә sosial sahәlәrdә dә әmәkdaşlıq etmәk istәyirik.

Hindistan ilә hәr sahәdә әmәkdaşlığı inkişaf etdirmәyi  arzuladıqlarını ifadә edәn Soronbay Ceenbekov qeyd edib ki, hazırda Qırğızıstanda 9 min hindistanlı tәlәbә tәhsil alır.

Ceenbekov hәmçinin Qırğızıstana sәhiyyә sahәsindә verdiyi dәstәyә görә Hindistana tәşәkkür edib.

Narendra Modi isә öz növbәsindә bildirib ki, әlaqәlәrimizi strateji әmәkdaşlıq sәviyyәsindә güclәndirmәk istәyirik.

Görüşdәn sonra Ceenbekov vә Modi Qırğızıstan  vә Hindistan arasında  strateji әmәkdaşlığın qurulması vә iqtisadi әmәkdaşlığa dair yol xәritәsinin qәbul edilmәsi ilә bağlı birgә bәyannamә vә 9 memorandumu imzalayıblar.



Әlaqәli Xәbәrlәr