Qəbələdə Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ölkəmizin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.

1217358
Qəbələdə Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ölkəmizin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə milli müdafiə naziri Hulusi Akar Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi sahədə möhkəm əməkdaşlıq əlaqələrinin olduğunu, qarşıdakı dövrdə bu əlaqələr müdafiə və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacağını, digər sahələri də əhatə edəcəyini söyləyib. 

Göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edən Hulusi Akar deyib ki, üç ölkənin birgə çalışması böyük əhəmiyyət dayışır. Müdafiə sahəsində imzalanan əməkdaşlıq memorandumunun çox yaxında ölkələrimiz üçün faydalarını görəcəyik.

Bu gün keçirilən görüşdə tərəflərin mövcud iş birliyi və əməkdaşlıq potensialının perspektivlərini müzakirə etdiklərini deyən Akar vurğulayıb ki, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı çox önəmlidir.

Azərbaycanın müdafiə naziri general-polkovnik Z.Həsənov da qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin gündən-günə inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

Bu arada  Qəbələ şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Cümhuriyyətinin müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilir.

Görüşdən öncə nazirlər Qəbələ şəhərində Şəhidlər xiyabanına gəlib, “Əbədi məşəl” abidəsinin önünə və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyublar.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi də ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.

Sonra nazirlər Heydər Əliyev Konqres Mərkəzinə gəliblər. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılır.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr