Hulusi Akar “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi izlədi

Milli müdafiə naziri Hulusi Akar iki qardaş ölkə Türkiyə və Azərbaycanın bütün təhdid və təhlükələrə qarşı, kədərdə və bacıucalıqda bir və bərabər olduğunu söyləyib.

Hulusi Akar “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi izlədi

Milli müdafiə naziri Hulusi Akar iki qardaş ölkə Türkiyə və Azərbaycanın bütün təhdid və təhlükələrə qarşı, kədərdə və bacıucalıqda bir və bərabər olduğunu söyləyib.

Akar Türkiyə və Azərbaycanın Quru Qüvvələri tərəfindən “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təliminin “Seçilmiş müşahidəçi günü”ndə iştirak edib.

Nazir Akar Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral ilə təlimin keçirildiyi Qarabağlar Dağ Təlim Mərkəzinə gedib. Təlim sahəsində məlumat alıb və təlimdə istifadə olunan silah-sursatın nümayiş etdirildiyi sərgini gəzib.

Nazir Hulusi Akar daha sonra təlimin keçirildiyi yerdə döyüş atışlı taktiki hissəni izləyib. Təlimin bu günkü hissəsi Türkiyə və Azərbaycan bayraqlarını daşıyan helikopterlə SU-25 döyüş təyyarələrinin keçidi ilə başa çatıb. Bayraqların keçidini nazir Akar və protokol üzvləri ayaqda salamlayıb.

Təlimdən sonra nazir Akar Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb.

Akar görüşdə hər sahədə böyük inkişaf, yenilik və dəyişikliklərə səhnə olan bir dövrdən keçildiyini bildirib. Bu vəziyyətin təhlükəsizlik sahəsində qlobal və regional problemlərə də səbəb olduğuna diqqət çəkən Akar “Qeyri-müəyyənlik, risk və təhdidlərin artdığı bir dövrdə ölkələrimizin və millətimizin təhlükəsizliyinin təmin edilməsi ancaq hər an hərəkata hazır, fəal, caydırıcı və etibarlı bir orduya sahib olmaqla mümkündür” deyib.



Әlaqәli Xәbәrlәr