Çingiz Aytmatovun xatirəsinə mərasim keçirildi

Dünya şöhrətli Qırğız yazıçısı Çingiz Aytmatovun vəfatının 11-ci ildönümü münasibətiylə mərasim keçirilib.

1215820
Çingiz Aytmatovun xatirəsinə mərasim keçirildi

Qırğızıstanın paytaxtı Bişkekdəki Ata Beyit Abidə Qəbiristanlığında təşkil edilən mərasimə yazıçının ailəsi və həmkarları qatılaraq dua ediblər.

Milli Elmlər Akademiyası binasında davam edən tədbirdə yazıçı ilə bağlı xatirələr şərh edilib və onunla əlaqəli hazırlanan sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, Çingiz Aytmatov 12 dekabr 1928-ci ildə Talas vilayətinin Şəkər kəndində anadan olub. Bədii yaradıcılığından savayı Lüksemburq, Belçika və Niderlandda səfir olaraq, Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı “NATO”, və UNESCO yanında isə nümayəndə kimi ölkəsini təmsil edib.

Əsərləri 157 dilə tərcümə edilmiş olan Aytmatov may 2008-ci ildə Rusiyanın bir telekanalına sənədli film çəkmək məqsədiylə getdiyi Tatarıstanın paytaxtı Kazanda xəstələnib və 10 May 2008-ci il Almaniyada müalicə olunduğu xəstəxanada həyata vida edib.



Әlaqәli Xәbәrlәr