UNESCO-nun 43-cü sessiyası Bakıda keçiriləcək

UNESCO-da Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyası ilə bağlı məlumat sessiyası təşkil edilib

1211127
UNESCO-nun 43-cü sessiyası Bakıda keçiriləcək

  Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə UNESCO baş qərargahında cari il iyunun 30-dan iyulun 10-dək Bakıda təşkil ediləcək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı məlumat sessiyası keçirilib.

  Nazirlikdən bildirilib ki, Ə.Qarayev çıxış edərək Komitədə müzakirəsi gözlənilən məsələlər barədə məlumat vedib. Ə.Qarayev, həmçinin Azərbaycanın ev sahibi ölkə kimi bu tədbirə xüsusi önəm verdiyini, sessiyanın təşkili ilə bağlı ölkə prezidenti tərəfindən Təşkilat Komitəsinin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb.

  Daha sonra tədbirin Əməliyyat qrupunun rəhbəri, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə sessiyaya və onun çərçivəsində keçiriləcək tədbirlərə hazırlığın vəziyyəti barədə təqdimatla çıxış edib və ölkəmizin mədəniyyəti və inkişafı ilə bağlı film nümayiş etdirilib.

  Qeyd edilib ki, Azərbaycan iyunun 23-dən iyulun 1-dək Gənc Peşəkarlar Forumunun, iyunun 26-dan iyulun 4-dək Abidə Menecerləri Forumunun və nəhayət iyunun 30-dan iyulun 10-dək Komitənin 43-cü sessiyasının keçirilməsinə tam hazırdır.

  Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler Azərbaycan tərəfinə təşəkkürünü bildirərək Komitənin 43-cü sessiyasının gündəliyi, müzakirə olunacaq nominasiya sənədləri, büdcə və prosedur qaydalar ilə bağlı yeniliklər və s.barədə çıxış edib.

  Sonda Komitə üzvlərinin sualları cavablandırılıb.

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr