Bilge Tonyukuk abidəsinin 1300 illik yubileyi qeyd olunacaq

UNESCO-nun Türkiyə Milli Komisiyasından verilən açıqlamaya görə...

Bilge Tonyukuk abidəsinin 1300 illik yubileyi qeyd olunacaq

  UNESCO-nun 2020-2021-ci illər dövrü üçün nəzərdə tutulan Xatirə İldönümləri bu ilin 3-17 aprel tarixlərində gerçəkləşdirilən İcra Komitəsi tərəfindən irəli sürüldü və təklifin UNESCO-nun 40-cı konfransına təqdim olunması qərara alınıb.

  Təşkilatın Türkiyə Milli Komisiyasından verilən açıqlamaya görə, Türkiyənin təklifi əsasında Bilge Tonyukuk abidəsinin qoyulmasının 1300-cü ili, Hacı Bektaş Vəlinin vəfatının 750 və Yunus Əmrənin vəfatının 700-cü ildönümləri UNESCO-nun “2020-2021-ci illər Xatirə və Mərasim İldönümləri proqramı”na daxil edilib.

  Bu çərçivədə 2020-ci il Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda Bilge Tonyukuk abidəsinin qoyulmasının 1300-cü ildönümü ili elan olunub.  

  Eyni zamanda, 2021-ci ildə Türkiyənin təklifilə Azərbaycan, İran, Şimali Makedoniya və Rumıniyada Hacı Bektaş Vəli 750, Azərbaycan, Bosniya-Hersoqovina, Şimali Makedoniya və Özbəkistanda Yunus Əmrə 700 mərasimləri keçiriləcək.  

  Azərbaycanın təklifi, Gürcüstan və Türkiyənin dəstəyilə isə dünyaşöhrətli alim Əsgər Lütfizadənin anadan olmasının 100-cü ildönümünün keçirilməsi nəzərdə tutulur.

  Bundan başqa, Qazaxıstan və İranın təklifi, İraq, Rusiya və Türkiyənin dəstəyilə alim və filosof Əbu Nasir Fərabinin (Əl-Fərabi) 1150-ci ildönümünün keçirilməsi planlaşdırılır.

  Qazaxıstanın təklifi, Rusiya, Tacikistan və Türkiyənin dəstəyi ilə Çimkənd şəhərinin qurulmasının 2200-ci ildönümü də təkliflər sırasında yer alır. 



Әlaqәli Xәbәrlәr