Türk Ticarət Palatası quruldu

Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan birgə “Türk ticarət və sənaye palatası” qurdu.

1203103
Türk Ticarət Palatası quruldu

Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan birgə “Türk ticarət və sənaye palatası” qurdu.

Türk Şurası tərkibində Türk Ticarət və Sənaye Palatasının qurulduğuna dair razılaşma Qazaxıstanın paytaxtı Nur-Sultanda XII Astana iqtisadi forumu çərçivəsində keçirilən Türk İş Forumu yığıncağında imzalandı.

Türk Şurasının sədri Bagdat Amreyevin başçılığında keçirilən imza mərasimində Qazaxıstanın baş naziri Aşkar Mamin, Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hizarcıklıoğlu, Qazaxıstan Atameken Milli Sahibkarlar Palatasının sədri Abılay Mırzamətov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev ilə Qırğızıstan Ticarət və Sənaye Palatasının sədr müavini iştirak edib.

Türk Ticarət və Sənaye Palatası Trük Şurasına üzv ölkələr arasında iqtisadi əlaqələri, qarşılıqlı ticarəti artırmağı məqsəd götürüb.



Әlaqәli Xәbәrlәr