Rәcәb Tayyib Әrdoğan vә Şövkәt Mirziyoyev arasında telefon danışığı olub

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Rәcәb Tayyib Әrdoğan vә Şövkәt Mirziyoyev arasında telefon danışığı olub

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Özbәkistan prezidenti Şövkәt Mirziyoyevlә telefon әlaqәsi saxlayıb.

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata qeyd olunub ki, görüşdә ikitәrәfli vә regional mövzular müzakirә olunub.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan dünən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlət başçısına və  Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb. 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Ərdoğana və xalqına ən xoş arzularını çatdırıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.



Әlaqәli Xәbәrlәr