Türkiyədən Qırğızıstana feto reaksiyası

Qırğızıstan Müftiliyi tərəfindən təşkil edilən iftar proqramına terror təşkilatı Fəto mənsublarının dəvət edilməsi qəbul edilməzdir. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Aksoy deyib.

1200575
Türkiyədən Qırğızıstana feto reaksiyası

O, mövzu ilə əlaqəli yazılı şərhində: “8 Mayda Qırğızıstan Baş müftülüyünün iftar yeməyinə bu ölkədəki feto mənsublarının dəvət edilmələri qəbul edilməzdir. Həmin iftara dəvət edilən Türkiyənin Bişkek səfiri də buna   reaksiyasını   dərhal  bildirdi. Feto-nun xaricdəki strukturlaşmasına qarşı mübarizə Türkiyənin əsas prioritetlərindən biri hesab edilir. Bu terror təşkilatının təhlükəsizliyə qarşı ən böyük təhdid olduğunu bir çox ölkə rəsmilərinə dəfələrlə bildirdik və bütün dost ölklərdən xain terror təşkilatının fəaliyyətlərinin qarşısının alınmasıyla bağlı lazımlı addımları atmalarını gözləyirik”-deyi sözcü Aksoy bildirib.



Әlaqәli Xәbәrlәr