Qazaxıstanda Suriyadan təxliyyə edilən 20 şəxs həbs olundu

Suriyadan keçən həftə təxliyyə edilən Qazaxıstan vətəndaşlarından 4-ü qadın olmaqla, 20-si terror təşkilatı DEAŞ-la əlaqədə olmaları şübhəsi ilə həbs olundu.

Qazaxıstanda Suriyadan təxliyyə edilən 20 şəxs həbs olundu

 Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəsmisi Bahıtbek Rahımberdiyev keçirdiyi mətbuat konfransında 7-9 may tarixlərində Suriyadan təxliyyə edilən 231 nəfərdən 4-ü qadın olmaqla, 20 nəfərin DEAŞ-la əlaqədə olmaları şübhəsi ilə həbs olunduğunu bildirdi.
 
 Həbs olunanların Nur Sultan, Atırau, Aktöbe, Uralsk, Karaqanda və Çimkənt şəhərlərindəki kriminal istintaq mərkəzlərinə transfer edildiyini qeyd edən Rahımberdiyev sözügedən şəxslərin könüllü olaraq ölkəyə qayıtmaq qərarına gəldiklərini və bəzilərinin cinayət məsuliyyətini üzərlərinə götürməyə hazır olduqlarını dilə gətirdi.
 
 Rahımberdiyev təxliyyə edilən 55 qadın və 156 uşağın da Aktau şəhərindəki xüsusi adaptasiya mərkəzinə bir aylıq müddətlə yerləşdirildiyini, səhiyyə nəzarətindən keçirildiyini, eyni zamanda, psixoloq və ilahiyyatçıların bu adamların reabilitasiyası üçün çalışdıqlarını söylədi.
 
 Qadınların terror təşkilatlarına qoşulub-qoşulmadıqlarının yoxlanıldığına işarə edən Rahımberdiyev hər hansı bir şübhənin olmadığı halda qadınların uşaqları ilə birlikdə vətənlərinə göndəriləcəklərini dedi.
 
 Qurucu prezident Nursultan Nazarbayevin sərəncamı ilə yanvar ayında keçirilən "Jusan" əməliyyatının davamı olan "Jusan 2" əməliyyatı 7-9 may tarixlərində keçirilmiş, Suriyadan 156-sı uşaq olmaqla, 231 Qazaxıstan vətəndaşı təxliyə edilmişdi.
 
 Yanvar ayındakı əməliyyatda da 30-u uşaq olmaqla, 47 qazax Suriyadan ölkələrinə gətirilmişdi.



Әlaqәli Xәbәrlәr