Prezident Mustafa Akıncı məclisdəki partiya liderlərilə görüş keçirir

Şimali Kıbrıs Türk Cümhuriyyətində prezident Mustafa Akıncı  sonra yeni hökuməti formalaşdırma vəzifəsini tapşırmaq üçün məclisdə təmsil olunan partiyaların liderlərilə görüş keçirir.

Prezident Mustafa Akıncı məclisdəki partiya liderlərilə görüş keçirir

Şimali Kıbrıs Türk Cümhuriyyətində prezident Mustafa Akıncı  Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman liderliyindəki koalisiya hökumətinin istefasından sonra yeni hökuməti formalaşdırma vəzifəsini tapşırmaq üçün məclisdə təmsil olunan partiyaların liderlərilə görüş keçirir.

Türk Agentliyi Kıbrısın (TAK) xəbərinə görə, Prezident Aparatından yayılan açıqlamada bildirilib ki, Akıncı ilk görüşünü Cümhuriyyət Məclisində ən çox yerə sahib olan Milli Birlik Partiyasının (UBP) sədri Ersin Tatarı, daha sonra CTP-nin sədri Tufan Erhürman və Xalqın Partiyasının (HP) sədri Kudrət Özərsayı qəbul etdi.

Qeyd edək ki, Şimali Kıbrıs Türk Cümhuriyyətində CTP-nin sədri Tufan Erhürman liderliyindəki dördlü koalisiya hökumətində Maliyyə Nazirliyi vəzifəsini davam etdirən DP-nin sədri Sərdar Dənkdaş 8 mayda nazirlik vəzifəsindən istefaya çıxdığını açıqlamışdı.

Dənkdaşın istefasından sonra HP-nin sədri, baş nazir müavini və xarici işlər naziri Kudrət Özərsay da Xalqın Partiyasının hökumətdən ayrılma qərarına yetişdiyini açıqlamışdı.

Baş nazir və CTP-nin sədri Erhürman əhvalatlar qarşısında yeni hökumətin qurulması ilə əlaqədar fəaliyyətlərin ləngimədən başlaması məqsədilə hökumətin istefasını mayın 9-da prezident Mustafa Akıncıya təqdim etmişdi.  



Әlaqәli Xәbәrlәr