Mustafa Akıncı hökuməti qurmaq vəzifəsini millət vəkillərindən birinə tapşıracaq

Şimali Kıbrıs Türk Cümhuriyyətində koalisiya hökumətinin istefa qərarından sonra gələcək həftə yeni hökumətin formalaşması üçün vəzifə tapşırılacaq.

Mustafa Akıncı hökuməti qurmaq vəzifəsini millət vəkillərindən birinə tapşıracaq

Şimali Kıbrıs Türk Cümhuriyyətində koalisiya hökumətinin istefa qərarından sonra gələcək həftə yeni hökumətin formalaşması üçün vəzifə tapşırılacaq.

Türk Agentliyi Kıbrısın xəbərinə görə, Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı həftə sonunda partiyalara öz aralarında məsləhətləşmələr apara bilmələri üçün imkan yaradacağını, sonra isə bazar ertəsi günü partiya nümayəndələrilə görüşündən sonra hökuməti qura biləcəyinə inandığı bir millət vəkilinə vəzifə tapşıracağını bildirib.

Prezidenit Mustafa Akıncı ölkənin baş naziri və Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürmanın istefa məktubundan sonra verdiyi açıqlamada hökumətin ciddi problemlər içində vəzifəsini davam etdirdiyini, ilk dəfə dördlü bir hökumətin təcrübə edildiyini, bu müddətdə ciddi cəhdlərin göstərildiyini ifadə edib.

“Koalisiyalar hər zaman çətindir. Lakin hər baş verən gələcək üçün dərslər götürülən nümunələr təşkil edir. Bu koalisiya isə daha yaxşı, gözəl işlər görmək üçün əhəmiyyətli nümunə olacaqdır. İctimaiyyət bundan faydalansın. Xidmətlərinə görə təşəkkür edirəm və uğurlar diləyirəm”-deyə Mustafa Akıncı vurğulayıb.

Yeni hökumət qurulanadək Erhürman və hökumətin vəzifəsini davam etdirməsini istəyən Akıncı yeni hökumətin qurulması üçün həftə sonunda siyasi partiyalara aralarında məsləhətləşmələr aparmaları üçün vaxt veriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr