Qazaxıstanda Uşaq Bayramına həsr edilmiş tədbirlər keçirildi

Qazaxıstanın paytaxtı Nur Sultanda 23 Aprel Milli Suverenlik və Uşaq Bayramına həsr edilmiş tədbirlər keçirildi.

Qazaxıstanda Uşaq Bayramına həsr edilmiş tədbirlər keçirildi

Nur Sultan səfirliyi ilə Astana Yunis Əmrə İnstitutu (YƏİ) əməkdaşlığıyla  səfirlik binasında təşkil edilən mərasimdə, Türkiyənin Nur Sultan səfiri Nevzat Oyanıq, elçilik mənsubları və YƏİ personalı, SOS Uşaq Evi və Nurlu Jürət Uşaq Reabilitasiya Mərkəzindən balacalar qatıldılar.

Səfir Oyanıq tədbirdə etdiyi çıxışında Atatürkün uşaqlara ərməğan etdiyi Milli Suverenlik və Uşaq Bayramının əhəmiyyətinə diqqət çəkdi. kreslosuna YƏİ Türk Halk Dansları kursunun uşaq qrupu şagirdi Laura Aldabergenova, Nurl Jürək Uşaq evi və Reabilitasiya Mərkəzi şagirdləri Adilet Jaksılık və Nabi Temeşovanı  oturdu. Səfir postuna oturan uşaqlar isə Uyanıqa minnətdarlıqlarını bildirdi. SOS Uşaq Evi Müəllimi Ümid Maqaudinova da uşaqlara göstərdiyi maraqdan ötəri səfir Uyanıqa təşəkkür sənədi təqdim etdi.

Tərbir çərçivəsində uşaqlar rəqs etdilər. Şeirlər oxudular. "Qaragöz və Hacivat Kölgə Oyunu" nümayiş etdirildi. Uşaqların təsvir etdikləri rəsimlərin  iştirak etdiyi “Türkiyə - Qazaxıstan Qardaşlığı" mövzulu sərgi açıldı.



Әlaqәli Xәbәrlәr