Qazaxıstanın “Türkistan” fider gəmisi Bakıya yola düşüb

Aprelin 16-da Aktau dəniz limanından Qazaxıstanın ilk “Türkistan” fider gəmisi Bakı limanına yola düşüb.

Qazaxıstanın “Türkistan” fider gəmisi Bakıya yola düşüb

Aprelin 16-da Aktau dəniz limanından Qazaxıstanın ilk “Türkistan” fider gəmisi Bakı limanına yola düşüb.

Yolasalma mərasimində “Samruk-Kazına” Səhmdar Cəmiyyətinin (SC) sədri Ahmetjan Yesimov, Mangistau vilayətinin qubernatoru Yeralı Tuqjanov, “Qazaxıstan Temir Joly” SC-nin İdarə Heyətinin sədri Sauat Mınbayev, “ҚazMunayGaz” SC-nin İdarə Heyətinin sədri Alik Aydarbayev və Transxəzər marşrutunun nəqliyyat və yükdaşımaları logistika şirkətlərinin nümayəndələri iştirak ediblər.

Fider daşımalarında tutumu 225 iyirmi funtluq konteyner olan gəmilərdən istifadə olunur ki, bu da iki tam yüklü konteyner qatarının bir gəmiyə yüklənməsini təmin edir.

“Transxəzər marşrutu Qazaxıstanın tranzit dəhlizləri sistemini tamamlayır. Türkiyə, Gürcüstan və Azərbaycandan Çinə doğru yükdaşımalarını daha cəlbedici və rəqabət qabiliyyətli etmək üçün aşağı tarif müəyyənləşdirdik”, - "Qazaxıstan Temir Joly" SC-nin İdarə Heyətinin sədri Sauat Mınbayev bildirib.



Әlaqәli Xәbәrlәr