Ankarada Heydər Əliyev haqqında üçcildliyin təqdimatı oldu

Heydər Əliyevin həyat və fəaliyyəti haqqında Türkiyə türkcəsində olunmuş “Heydər Əliyev: Şəxsiyyət və zaman”, “Heydər Əliyev: Kremldə beş il” və “Heydər Əliyev: Qayıdış” üçcildliyinin aprelin 16-da Ankara şəhərində təqdimatı keçirildi.

Heydər Əliyev haqqında kitabın təqdimatı_01.JPG
Heydər Əliyev haqqında kitabın təqdimatı_03.JPG
Heydər Əliyev haqqında kitabın təqdimatı_04.JPG
Heydər Əliyev haqqında kitabın təqdimatı_05.JPG
Heydər Əliyev haqqında kitabın təqdimatı_06.JPG
Heydir Əliyev haqqında kitabın təqdimatı_02.JPG

  Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundovanın ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında Türkiyə türkcəsində olunmuş “Heydər Əliyev: Şəxsiyyət və zaman”, “Heydər Əliyev: Kremldə beş il” və “Heydər Əliyev: Qayıdış” üçcildliyinin aprelin 16-da Ankara şəhərində təqdimatı keçirildi.

  Azərbaycan və Türkiyəni təmsil edən rəsmi şəxslər, deputatlar, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, ictimaiyyətin nüfuzlu simaları, Ankarada təhsil alan azərbaycanlı tələbələr və kursantlar təqdimatda iştirak etdilər.

  Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi. Sonra ümummilli lider Heydər Əliyev, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

  Tədbirin iştirakçılarını salamlayan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim H.Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən nəşrlərin əhəmiyyətindən danışdı və əminliklə qeyd etdi ki, bu kitablar qardaş Türkiyədə geniş oxucu kütləsi tərəfindən seviləcək.

  Heydər Əliyevin Azərbaycan üçün həyata keçirdiyi layihələrin təkcə Azərbaycan və Türkiyə üçün deyil, Avrasiyanı əhatə edən böyük bir coğrafiyada ölkələrin inkişafı və xalqların rifahına göstərdiyi təsir barədə ətraflı məlumat verən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da vurğuladı ki, təqdim olunan üçcildlik ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən ən dəyərli nəşrlərdəndir.

  Ə.Həsənov bildirdi: “Təqdim olunan əsərlərin xarici dillərə tərcüməsi tarixi əhəmiyyət daşıyır. Üçcildliyin Türkiyə oxucularına çatdırılmasının ən böyük önəmi budur ki, Heydər Əliyev Azərbaycanda olduğu qədər qardaş ölkədə də sevilir və məhəbbətlə yad olunur.”

  Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dinamikası və iki dost ölkənin inkişafında böyük xidmətləri olan Heydər Əliyev şəxsiyyətindən Türkiyə xarici işlər nazirinin müavini Səlim Yavuz Kıran, Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünüvar və üçcildliyin müəllifi, Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova da danışdı.

  Qeyd edək ki, türkdilli oxuculara təqdim olunan üçcildlik roman-tədqiqat ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə olan yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə münasibətlər, Dövlət Təhlükəsizliyi Komitəsi və prezidentin şəxsi arxivindəki sənədlər əsasında yazılıb.

  Üçcildlik “TEAS Press” Nəşriyyat evi tərəfindən yayınlanıb. Kitabları Türkiyə türkcəsinə Azad Ağaoğlu tərcümə edib.

  Tədbirin sonunda yazıçı Elmira Axundova kitablarını öz imzası ilə tədbir iştirakçılarına bağışladı.



Әlaqәli Xәbәrlәr