Türk Hava Yolları Bişkəkdə yeni ofis açdı

Türk Hava Yolları (THY) Qırğızıstanın paytaxtı Bişkəkdəki yeni mərkəz ofisinin açılış mərasimi keçirilib.

thy biskek1.jpg
thy biskek2.jpg

Türk Hava Yolları (THY) Qırğızıstanın paytaxtı Bişkəkdəki yeni mərkəz ofisinin açılış mərasimi keçirilib.

Satış və idarə ofisinin açılış mərasimində Qırğızıstanın Nəqliyyat və Yol İşləri üzrə nazir müavini Cenişbek Nogoybayev, Türkiyənin Bişkek səfiri Cingiz Kamil Fırat, THY-nin Asiya və Uzaq Şərq üzrə satış sədrinin müavini Tuncay Əminoğlu və bəzi səlahiyyətlilər iştirak ediblər.

Mərasimdə çıxış edən Nogoybayev Qırğızıstanın THY ilə gücü əməkdaşlıq etdiyini bildərərək” Əməkdaşlığımızı inkişaf etdirərək şaxələndiririk. THY İstanbul-Bişkək-İstanbul və İstanbul-Bişkək-Ulan-Bator reyslərini həyata keçirir. Bu gün də xüsusi bir gündür. İstanbulda yeni bir hava limanı açıldığı bir dövrdə THY da  Bişkəkdə yeni ofisini açdı. Xeyirli olmasını arzu edirəm.

Səfir Fırat da THY Bişkək ofisinin xeyirli və uğurlu olmasını diləyərək, “THY əla şirkətimizdir, milli bayrağımızı daşıyır və Türkiyənin ən qiymətli markasıdır.

Qırğızıstan ilə Türkiyənin qardaş və dost ölkə olduqlarını dilə gətirən Fırat “Bu iki ölkə arasında dostluq körpüsünü THY təmin etməkdədir” ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr