Azərbaycan və Ermənistan XİN başçıları aprelin 15-də Moskvada görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş aprelin 15-də Moskvada keçiriləcək.

Azərbaycan XİN bu görüşlə bağlı məlumat yayıb. Nazirlikdən bildirilib ki, aprelin 15-də Moskva şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə görüş keçiriləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ilə Ermanistanın Baş naziri Nikol Paşinyan 29 martda Avstriyanın paytaxtı Vyanada görüş keçirmiş, görüşden sonra liderlər xarici işlər nazirlərinə müzakirə prosesini davam etdirmək üçün yaxın zamanda bir araya gəlmə təmilatı vermişdi. 

Әlaqәli Xәbәrlәr