Kolumbiya Universitetində Türkiyə-Azərbaycan Araşdırma Mərkəzi yaradılıb

Kolumbiyanın Eksternado Universitetində Azərbaycan və Türkiyənin bu ölkədəki səfirlikləri, eləcə də universitet rəhbərliyinin birgə səyləri nəticəsində yaradılan Türkiyə-Azərbaycan Araşdırma Mərkəzinin açılış mərasimi keçirilib.

Kolumbiya Universitetində Türkiyə-Azərbaycan Araşdırma Mərkəzi yaradılıb

Kolumbiyanın Eksternado Universitetində Türkiyə və Azərbaycanın bu ölkədəki səfirlikləri, eləcə də universitet rəhbərliyinin birgə səyləri nəticəsində yaradılan Türkiyə-Azərbaycan Araşdırma Mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində sözügedən universitetin rektoru Xuan Karlos Enao Perez, Türkiyənin Kolumbiyadakı səfiri Ece Öztürk, Azərbaycanın Boqotadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov, Kolumbiya Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin direktoru Xuan Qiyermo Kastro Benneti, Kolumbiya Milli Arxiv İdarəsinin direktoru Enrike Serrano, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi (ProColombia) və Elmlər Akademiyasının nümayəndələri ilə yanaşı, digər ali məktəblərin professorları və KİV-in nümayəndələri iştirak ediblər.

Universitet rektoru Xuan Karlos Enao Perez Azərbaycanın yerləşdiyi strateji məkan, malik olduğu təbii resurslar, enerji siyasəti, nəhəng layihələri və ciddi nailiyyətləri haqqında danışıb, ölkəmizin dinamik inkişafı ilə regionun ən güclü dövlətinə çevrildiyini qeyd edib. O, həmçinin Araşdırma Mərkəzinin hər iki ölkənin qarşılıqlı əlaqələrinin gücləndirilməsinə verə biləcəyi töhfədən danışıb.

Araşdırma Mərkəzinin direktoru Kolumbiyanın Türkiyədəki keçmiş səfirinin həyat yoldaşı xanım Soraya Karo təyin olunub.

Qeyd edək ki, əsası 1886-cı ildə qoyulan Eksternado Universiteti dünyanın sosial araşdırmalar üzrə 100 ən yaxşı universitetləri arasında yer alıb.



Әlaqәli Xәbәrlәr