Qazaxıstanda növbədən kənar seçkilər keçiriləcək

Bu barədə Qazaxıstan prezidenti Qasım Tahir Tokayev açıqlama verib. Prezidentin sözlərinə görə 9 İyunda növbədən kənar seçkilər keçiriləcək.

Qazaxıstanda növbədən kənar seçkilər keçiriləcək

Tokayev dövlət telekanalından xalqa xitabən çıxışında: “ Ölkənin ilk dövlət başçısı Nursultan Nazarbayevin rəhbərliyi ilə yaradılan dövlətimizin uğurları davam edir. Beynəlxalq cəmiyyət nəzdində əhəmiyyətli mövqeyə qovuşan Ölkəmiz bütün dünya dövlətləri tərəfindən rəsmiyyətdə qəbul edilir. Hazırda tarixi hadisə yaşayırıq. İqtidar sabitlik çərçivəsində və konstitusiyaya uyğun olaraq dəyişdirildi. Bu addım beynəlxalq cəmiyyətin Qazaxıstana hörmətinin artmasına böyük töhfə verdi. Hazırda növbətən kənar seçkilərin keçirilməsinə zərurət var. Siyasi və ictimai sabitliyi bərpa etmək, ictimai və iqtisadi hədəflər istiqamətində əmin addımlarla irəliləmək ölkəmizin və xalqımızın mənfətinə olacaq. Seçkilərlə ölkəmizin daxili və xarici siyasətinin daimi olduğunu daha bir dəfə təsdiq etməliyik. Qazaxıstan demokratik bir ölkədir və prezident də xalqın iradəsiylə seçilməlidir. 9 İyunda baş tutacaq seçkilərin dürüst, şəfvaf ədalətli olacağına inanır və bu barədə xalqıma zəmanət verirəm.

Qeyd edək ki, Qazaxıstanı 28 il idarə edən Nursultan Nazarbayev, 19 Martda istefa ərizəsini imzalayaraq prezident səlahiyyətlərini Tokayevə təhvil verdi.



Әlaqәli Xәbәrlәr