Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydanında olublar.

Bayram şənliyinin iştirakçıları dövlət başçısını və xanımını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev sakinlərlə söhbət edib, Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış olublar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları aşıqların ifasını dinləyiblər.

Daha sonra dövlət başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış olublar.

Bahar qız dövlət başçısına bayram xonçası təqdim edib.

Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının Azərbaycan xalqına ruzi-bərəkət gətirməsini arzulayıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində yarmarka ilə tanış olublar.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür ediblər.

Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində olublar.

Dövlət başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət ediblər.

“Səma” uşaq rəqs ansamblının çıxışını izləyən dövlət başçısı və xanımı ansamblın üzvləri ilə xatırə şəkli çəkdiriblər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırıb.



Әlaqәli Xәbәrlәr