Babatağ sərhəd qapısı yenidən açıldı

Özbəkistan və Tacikistan arasındakı "Babatağ" sərhəd qapısı uzun müddətdən sonra yenidən açıldı.

1156617
Babatağ sərhəd qapısı yenidən açıldı

Tacikistan Sərhəd Mühafizəçiləri Birliyi yanında mətbuat xidmətindən yayılan məlumata görə sərhəddin yenidən açılması ilə bağlı mərasim təşkil edilib.

Özbəkistan Sərhəd Mühafizəçiləri Birliyi Komandiri Ruslan Mirzayev ilə Tacikistan Sərhəd Qüvvələri Komandiri Racabali Rəhmanəlinin qatıldığı mərasimə hər iki ölkədən çox sayda dinç sakin də iştirak edib. Sərhəd qapısının yenidən açılmasıyla Tacikistanın Hisar və Özbəkistanın Sariasya rayonları birləşmiş hesab edilir.

Qeyd edək ki, Tacikistan prezidenti İmaməli Rəhmanın keçən il Özbəkistana reallaşdırdığı səfər çərçivəsində Prezident Şövkət Mirziyoyev ilə baş tutan görüşdə məsələ müzakirə edilmiş və tərəflər qapının yenidən açılması mövzusunda mütabiq qalmışdı.



Әlaqәli Xәbәrlәr