Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı açıqlama verdi

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Kıbrıs müzakirələrindəki əhəmiyyət kəsb edən fürsətlərdən Rum icması tərəfindəki mənfi yanaşmalara görə nəticə əldə edilə bilmədiyini bildirdi.

1154604

Girnədə təşkil edilən Türkiyə-Şimali Kıbrıs Türk Cümhuriyyəti Yatırım və Əməkdaşlıq Konfransında çıxış edən Akıncı deyib: “Problem varsa həll yolları axtarışı da müxtəlif çərçivədə davam etdiriləcəkdir. Biz haqlarımızı bilirik və bu şüurla onları qorumaq üçün cəhdlərimizi davam etdiririk. Bununla bağlı mövqeyimizi də davam etdirmək məcburiyyətindəyik.

Şimali Kıbrıs Türk Cümhuriyyətində ali təhsil və turizm sektorlarının lokomotiv vəzifəsi öhdələndiyini, ölkədə kənd təsərrüfatı sahəsində və sənaye istehsalının olduğu bir ada iqtisadiyyatının mövcudluğuna işarə edən Akıncı 2018-2019 təhsil ilində universitetlərdə təhsil alan tələbə sayının 102 min 944 olduğunu dilə gətirib.

Prezident Akıncı turizm sektorunun ümumi daxili məhsulun  təqribən 8 faizini təşkil etdiyini bildirərək, 1977-ci ildə 25 olan turistik xidmət yerlərinin sayının keçən ilin oktyabr ayına qədər olan dövrdə 145-ə, 2 min 975 olan yer sayının isə 25 min 139-a çıxdığını vurğulayıb.

Әlaqәli Xәbәrlәr