Xocalı faciəsi dünyanın ən dəhşətli türk soyqırımıdır

... Fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü...

1147464
Xocalı faciəsi dünyanın ən dəhşətli türk soyqırımıdır

 

  Xocalı soyqırımı 1992-ci ilfevralın 25-dən26-na keçən gecə Ermənistansilahlı  qüvvələri Azərbaycanın Xankəndi şəhərində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etməklə azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Bu faciə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımıdır.

  Hücumdan əvvəl, yəni fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulmuşdur. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünmüşdür. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etmişdir. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən sakinlərdən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olmuşdur.

  Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. 1275 xocalılı əsir, 150 insan itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 1 aprel1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

  1994-cü ildən Azərbaycan hökuməti və parlamenti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi, siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim milli, insanlıq və vətəndaşlıq borcumuzdur.



Әlaqәli Xәbәrlәr