Şimali Kıbrıs (Kipr) parlamentində Xocalı qətliamının qurbanlarının xatirəsi yad olundu

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Məclisində Xocalı qətliamının 27-ci ildönümü ilə əlaqədar müzakirələr aparılıb.

1152587
Şimali Kıbrıs (Kipr) parlamentində Xocalı qətliamının qurbanlarının xatirəsi yad olundu

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Məclisində Xocalı qətliamının 27-ci ildönümü ilə əlaqədar müzakirələr aparılıb.

Yenidən Doğuş Partiyasının sədri, millət vəkili Ərhan Arıqlı Məclisin iclasında Xocalı soyqırımı mövzusunda çıxış edib. O deyib: “Milli və dini mənsubiyyətinə görə insanları kütləvi halda və amansızlıqla qətlə yetirmək, başqasının torpağını işğal etmək məqsədilə həyata keçirilən Xocalı soyqırımı insanlıq tarixinin ən dəhşətli cinayətidir. Xocalı soyqırımı Azərbaycanın və bizlərin ortaq acısıdır. Xocalıda 613 günahsız insan vəhşicəsinə qətlə yetirilib, meyitlər təhqir olunub, əsirlərlə amansız davranılıb”.

Erməni yazıçı Zori Balayanın həkim adına ləkə gətirən cinayətlərindən danışan millət vəkili Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanılmasının davam etməsini yolverilməz hadisə kimi dəyərləndirib. O qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa əməl etməli, Xocalı faciəsi dünya dövlətləri tərəfindən soyqırımı aktı kimi tanınmalıdır.

Dünyadakı ikili standartların sülhə və əmin-ənamlığa böyük təhlükə yaratdığını bildirən deputat qeyd edib ki, Şimali Kipr parlamenti tezliklə Xocalı soyqırımına münasibət bildirməli, dünya ictimaiyyətinə çağırış etməlidir.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr