Cənub Qaz Dəhlizi layihəsiylǝ bağlı  iclas sabah Bakıda keçiriləcək

Azərbaycan təbii qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsiylə əlaqədar yığıncaq sabah Bakıda keçiriləcək. Yığıncağa iştirakçı ölkələr qatılacaq.

1148338
Cənub Qaz Dəhlizi layihəsiylǝ bağlı  iclas sabah Bakıda keçiriləcək

Şahdəniz Mərhələ 2, Cənubi Qafqaz Boru Kəməri, Trans Anadolu Təbii qaz Boru Xətti (TANAP) və Trans-Adriatik Boru Xəttindən (TAP) ibarət olan proyektlə əlaqədar ölkələrin nazir və yüksək seviyyəli səlahiyyətlilərinin iştirakı ilə təşkil ediləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 5-ci iclasında layihə çərçivisində görülən işlər təhlil ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyevinin açıq elan edəcəyi yığıncaqda Avropa İttifaqı (Aİ), Amerika Birləşmiş Ştatları (ABŞ), Gürcüstan, Bolqarıstan, İtaliya, Çernoqoriya, Albaniya, Xorvatiya, Yunanıstan, Serbiya, San Marino, Rumıniya, Türkmənistan, Bosniya və Herseqovina, Macarıstan nümayəndələri iştirak edəcəklər.

Yığıncaqda Türkiyəni Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz təmsil edəcək.

British Petroleum, Snam, LNG Croatia, Plinacro, İCGB AD, Transqaz və Fluxys kimi enerji şirkətlərinin nümayəndələrinin də təmsil olunacaqları iclasda, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Dünya Bankı səlahiyyətliləri də qatılacaq.

Yığıncaqda Cənub Qaz dəhlizi layihəsiylə bağlı görülən işlər haqqın məlumat təqdim ediləcək. Layihənin maliyyələşdirilməsi ilə dəhlizin daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr