Anadolu agentliyi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri barədə məqalə dərc edib

Anadolu agentliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev barədə məqalə dərc edib.

1142983
Anadolu agentliyi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri barədə məqalə dərc edib

Anadolu agentliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev barədə məqalə dərc edib.

Tələbəlik illəri və Türkiyədə aldığı təhsilin üstünlüklərindən danışan komitə sədri ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası üçün ayrılan tələbə təqaüdü proqramından istifadə edərək qardaş ölkədə təhsil almaq şansı əldə etdiyini deyib. Həmin dövrdə Türkiyə universitetlərində təhsil almağın hər bir azərbaycanlının arzusu olduğunu deyən S.Mehdiyev ilk illərdə elm və dünya görüşü cəhətdən çox müsbət nəticələr əldə etdiyini bildirib.

Uğur qazanmaq üçün keyfiyyətli təhsilin vacib olduğunu vurğulayan komitə sədri Türkiyədə aldığı təhsilin əhəmiyyətini qeyd edib.

Məqalədə qeyd edilir ki, Türkiyənin 1992-ci ildən həyata keçirdiyi təhsil təqaüdü proqramı çərçivəsində 125 mindən çox azərbaycanlı qardaş ölkədə təhsil alıb.

 

Mənbə: AZƏRTAC

 



Әlaqәli Xәbәrlәr