Azərbaycanda seysmik aktivlik davam edir

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanda seysmik aktivlik müşahidə olunur.

1139823
Azərbaycanda seysmik aktivlik davam edir

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanda seysmik aktivlik müşahidə olunur.

 AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən (RSXM) xəbərə görə, öncə yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda 3,9 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bala yaxın, ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Daha sonra Ağsuda 2, İsmayıllıda 3 dəfə yeraltı təkan olunub. Ağsuda 4,4 bal gücündəki zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Ardınca isə 3 ballıq növbəti təkan baş verib.

İsmayıllıdakı 5,3 ballıq yeraltı təkan episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Bu zəlzələ Şamaxıda dağıntılara səbəb olub. Bir neçə evdə uçqunlar olub, 6 nəfər yaralanıb. Təcili yardım stansiyasına 20-yə yaxın müraciət olub.

İsmayıllıda seysmik aktivlik fonunda daha 3 və 3,9 bal gücündə daha iki yeraltı təkan baş versə də, hiss olunmayıb.

 

Mənbə: Qafqazinfo



Әlaqәli Xәbәrlәr