Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyətində səfərdədir

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində səfərdədir.

1133292
Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyətində səfərdədir
çavuşoğlu doktora.jpg

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində səfərdədir.

Girnə Amerikan Universiteti rektoru Prof. Dr. Kutsal Öztürk və qurucu rektor Sərhat Akpınar universitet konfrans salonunda keçirilən fəxri doktorluq təqdim mərasimində Çavuşoğlu fəxri doktorluq dərəcəsinə layiq görüldü.

Nazir Çavuşoğlu mərasimdə etdiyi çıxışda Rum tərəfinin Krans-Montana prosesində Adada heç bir şəyi Türklərlə bölüşməyə hazır olmadığının göründüyünü ifadə etdi: “Bu həqiqətləri görə bilmədən Kıbrısda yeni müzakirəyə başlamaq xəyaldan başqa heç nə deyil”.

Mövlud Çavuşoğlu daha sonra Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı ilə görüşdü.

Görüşdən sonra Akıncı ilə Çavuşoğlu heyətlər arasında iş yeməyində iştirak etdilər.

Yeməkdə Türkiyənin Lefkoşa səfiri Əli Murat Başçəri, Şimali Kıbrıs Türk Cümhuriyyəti Prezidentinin məsləhətçisi Gürdal Hüdaoğlu, Prezident Aparatının sözçüsü Barış Burca da qatıldı.

Akıncı və Çavuşoğlu yeməkdən sonra Cümhuriyyət Məclisində təmsil edilən siyasi partiyaların sədrlərilə də bir araya gələcəklər.  



Әlaqәli Xәbәrlәr