Türkiyə prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etdi

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng etdi.

1112741

Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdi, ona Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzuladı.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirdi.

Dövlət başçıları 2018-ci ilin dostluq və qardaşlıq münasibətlərin daha da möhkəmlənməsi baxımından əhəmiyyətli bir il olduğunu qeyd edərək, bu işdə qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini vurğuladılar, qarşıdakı illərdə də əlaqələrin daha da genişlənəcəyinə əminliklərini ifadə etdilər.

Әlaqәli Xәbәrlәr