Azərbaycanın müdafiə nazirinin müavinin başçılıq etdiyi nümayəndə heyəti Ankarada səfərdədir

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Ankarada səfərdədir.

1109187

Səfər dekabrın 18-də Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsinin ziyarət olunması ilə başlayıb.

Ümummilli lider Heydər Əliyevin abidəsi önünə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından Atatürkün məzarı önünə əklil qoyulub.

Nümayəndə heyəti Ankarada bir sıra görüşlər keçirir. 

Әlaqәli Xәbәrlәr