Qaraçay-Malkarların latın əlifbasında ilk dərgisi: "Mingi Tav Cıyım"

Türkiyənin paytaxtı Ankarada “Mingi Tav Cıyım” adlı Qaraçay-Malkar Elm, Mədəniyyət, Ədəbiyyat və Sənət jurnalı nəşrə başladı.

1099510
Qaraçay-Malkarların latın əlifbasında ilk dərgisi: "Mingi Tav Cıyım"

  Türkiyənin paytaxtı Ankarada “Mingi Tav Cıyım” adlı Qaraçay-Malkar Elm, Mədəniyyət, Ədəbiyyat və Sənət jurnalı nəşrə başladı.

  “Mingi Tav Cıyım” dərgisinin əsas məqsədi Qaraçay-Malkarlara (Karaçay-Malkar) aid mədəni, bədii və ədəbi kimliyi tanıtmaq, ana dilində nəşri olmayan diasporalara, dil və məzmun zənginliyini oxuculara və bütün bunları ortaq coğrafiyada yaşayan dost və qohum mədəniyyətlərə hörmət çərçivəsində tədqim etməkdir. 

  TRT Azərbaycan saytına verdiyi müsahibədə jurnalın təsisçisi və redaktoru, tədqiqatçı-alim və filoloq Ufuk Tuzman əvvəlcə dərginin adını anlatdı:

“Türk dünyasının bənzərsiz coğrafiyasının başında, Qafqazın qəlbində Qaraçay-Malkar xalqıata yurdlarının ətəklərində Mingi Tav, yəni Elbruz dağı var.

Kuman-Qıpçaq türkcəsi ilə 1300-cü illərdə yazılan “Kodeks Kumanikus” (Codex Cumanicus) əsərində ilk dəfə “Mengi Tav" şəklində yazılan bu dağın adı "sonsuzluq dağı, əbədi dağ" mənasını verir və günümüzdə Karaçay-Malkarlar tərəfindən eyni tələffüz və anlamda istifadə edilir.

Əsrlərdir Qaraçay-Malkarlara yurd olmuş və tarixləri özündə birləşdirmiş Mingi Tavın adı bizim jurnalımıza bir ilham mənbəyi oldu.

  Mənim dağlarım qorxusuz və cəsur insanları sevər.

  Mən də dağlarımızı sevən insanları sevirəm. (Bayramuklanı Halimat)”

Qeyd edək ki, "Mingi Tav Cıyım" dərgisi bu dağın ətəklərində çətin dağ həyatının mədəniyyəti ilə iç-içə yaşayan Qaraçay-Malkar xalqının kültürü və sənəti elm və ədəbiyyata töfvə vermiş alim və görkəmli yazıçıların qələmlərindən türk-latın əlifbası ilə Qaraçay-Malkar dilində dərc edilir.

“Mingi Tav Cıyım” transkript, simvol və işarə istifadə edilmədən dərc olunan ilk və yeganə jurnal, eyni zamanda, qıpçaq dialektləri arasında türk-latın əlifbası ilə çap olunan ilk dərgidir.

 5 mart 2018-ci il tarixində Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinə bağlı, Beynəlxalq İSSN Türkiyə Mərkəzinə qeydiyyatlı beynəlxalq, onlayn, dövri nəşrlər kateqoriyalarında, 130 səhifəlik elm, mədəniyyət, incəsənət və ədəbiyyat jurnalı olaraq qeydiyyatına alınmışdır.

Baş redaktoru Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi Çağdaş Türk Ləhcələri kafedrasının müəllimi, professor Ufuk Tavkul olan "Mingi Tav Cıyım" jurnalı Beynəlxalq İndeks (EBSCO) və “İdealonline” təşkilatları tərəfindən tanınır və Türkiyə universitetləri başda olmaqla, müəlliflərə, bir çox ölkənin təhsil qurumları, kitabxanaları, həmçinin Beynəlxalq Yayım Şurasına müəyyən sayda pulsuz çatdırılır.

Oxucular sosial media hesablarından jurnal haqqında bütün yeniliklərə nail olurlar. Belə ki, "Mingi Tav Cıyım" jurnalı pdf formatı ilə www.mingitav.org rəsmi internet ünvanından tam mətn halında ayrı-ayrı və ya bütöv dərgi şəklində endirilə bilir.

Jurnalın təsisçisi, filoloq-alim Ufuk Tuzman mənsub olduğu xalqın jurnalı ilə bağlı bunları da söylədi:

"Mingi Tav Cıyım" jurnalının bu günə qədər 3 sayı çap olunub. Bu, bizim üçün çox mühümdür ki, dərgimizdə Qaraçay-Malkar yazı dilini, türk köklü olmayan xarici sözlərdən təmizləyərək yazmağa və yaymağa çalışırıq.

Jurnalının saylarına baxarkən mövzu və məzmun baxımından hər yaş qrupuna xitab edən bir dərgi olduğu görünür. İlk sayda Qaraçay-Malkarların böyük söz və ədəbiyyat ustalarından olan Semenlanı İsmayıl və Möçülanı Kazımı xatırlamışıq. Ümumiyyətlə isə jurnalın bütün saylarında ata yurdunun təqdimatı, uşaq hekayələri, nağıllar, dram əsərləri, poemalardan parçalar və mənzum şəkildə toplanmış, alanların qəhrəmanlıq dastanı "Nartlar"dan bölümlər   verilir.

Dərgidə Qaraçay-Malkarlarla bağlı müsahibə və elmi məqalələr, o cümlədən, mühüm dini günlər və məsələlərlə bağlı maarifləndirici yazılar da yer alır.

İlk nömrədə bir-birindən dəyərli qələmləri sahibləri arasında Hubiylanı Nazir, Begiylanı Abdulla, Tohçuklanı Ufuk Tavkul, Botaşlanı/Habiçlanı Zinhara, Canközlanı Marina, Semenlanı Aminat, Özdenlanı Rəsul Haci, Bittirlanı Tamara, Şamanlanı İbrahim, Akbaylanı Harun, Amaylanı Sabina, Okublanı Marcana, Batçalanı Şamil, Kagıylanı Nazifə və bəndəniz Çomalanı Ufuq Tuzmanın yazıları var.

İkinci sayda Qaraçayın ilk yaşayış yerlərinin başında gələn Uçkulanla (Ullu Karaçay) bağlı məqalə vermişik, zəngin foto və xəritələrlə birgə. 

Həqiqətən, qısa müddət ərzində nəşrə başlamağımıza baxmayaraq, Qaraçay-Malkar dilində çıxan bu jurnal keyfiyyətli oxucu kütləsi toplaya bilib. Rusiya Federasiyası Qaraçay-Çərkəz Muxtar Respublikasında, Kabardin-Balkar Respublikasında, Avropanın 4 ölkəsində (Almaniya, Fransa, Belçika, Niderland) və Amerika rəsmi nümayəndələri də daxil olmaqla, bütün oxuculara təqdim edilib.”  

“Mingi Tav Cıyım” jurnalının redaksiya heyətilə əlaqə saxlamaq, jurnaldan əldə etmək istəyənlər bu ünvanlara müraciət edə bilər:

info@mingitav.org

mingitav.ciyim@gmail.com

Sosyal Media üzərindən isə:

www.mingitav.org

https://twitter.com/dergimingitav

facebook.@dergimingitav



Әlaqәli Xәbәrlәr