Özbəkistan Beynəlxalq Miqrasiya Təşkilatına üzv olub

Bu barədə Özbəkistan mətbuat orqanları məlumat yayıb.

1097815
Özbəkistan Beynəlxalq Miqrasiya Təşkilatına üzv olub

Birləşmiş Millətlər Təşkilatının  miqrasiya üzrə Agentliyi Şurasının Cenevrədə keçirilən 109-cu sessiyasında Özbəkistan BMqT-nin 173-cü üzvü olub.

Özbəkistan mətbuat orqanlarının yaydığı məlumata əsasən, sessiyada ölkəni məşğulluq və əmək münasibətləri nazirinin müavini Baxadir Nizamov təmsil ediblər.

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino bu münasibətlə Özbəkistanı təbrik edib.

Təşkilatın Mərkəzi Asiya ölkələri üzrə əlaqələndiricisi Deyan Keseroviç sessiyadakı çıxışında bildirib ki, Özbəkistanla əməkdaşlığımız 2003-cü ildən başlayıb. 2015-ci ildən isə əlaqələrimiz inkişaf edib. Bu vaxta qədər iki işçi planı, 2018-2019-cu illər üçün Yol xəritəsi hazırlanıb. Özbəkistan regionda xarici ölkələrə ən çox miqrant axını olan dövlətdir və əminəm ki, bundan sonra da əlaqələrimiz uğurla inkişaf edəcək.

 

Mənbə:Azərtac



Әlaqәli Xәbәrlәr